Kolumbiyanın Puerto-Leqisamo bölgəsində C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 68-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə şəhər meri Luis Emilio Bustos məlumat verib.
Xilasetmə işləri davam etdirilir.
***10:06
Kolumbiyanın Puerto-Leqisamo şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 66 nəfər həlak olub.
Globalinfo.az bildirir ki, bu barədə Caracol telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.
“Son məlumatlara görə, 57 nəfər yaralanıb, 1 nəfər isə xəsarət almayıb”, – deyə məlumatda bildirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
***00:20
Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 8 hərbçi həlak olub. Daha 15 nəfərin vəziyyəti isə kritikdir.
Globalinfo.az xəbər verir ki, bu barədə departamentin qubernatoru Con Malina açıqlama verib.
“Səkkiz nəfər həlak olub, 73 nəfər yaralanıb, onlardan 15-nin vəziyyəti kritikdir”, – o deyib.
Məlumata görə, 43 nəfərin taleyi isə məlum deyil.
***23:50
Kolumbiyada “Hercules” C-130 hərbi təyyarəsinin qəzaya uğraması zamanı bir nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Prezidenti Qustavo Petro açıqlama verib.
Bildirib ki, 77 hərbçi xilas edilib.
***22:42
Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 48 nəfər sağ qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, qəza zamanı təyyarədə 125 nəfər olub.
***21:10
Kolumbiyada C-130 “Hercules” hərbi təyyarəsi qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barəd ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.:
Təyyarə Puerto-Leqisamodan havaya qalxdıqdan bir qədər sonra yerə çırpılıb. İlkin məlumata görə, hadisə zamanı təyyarədə azı 110 hərbçi olub. Xəstəxanaya 30 yaralı çatdırılıb.
“Bizim səylərimiz hazırda xilas edilən yaralı hərbçilərə yardıma yönəldilib”, – Putumayo departamentinin qurbernatoru açıqlayıb.
Qəzanın səbəbləri araşdırılır.
Aysel Əliyeva
Globalinfo.az: