iran abs 900x600 1

İran parlamentinin spikeri Məhəmməd-Baqir Qalibaf ABŞ-la aparılan danışıqlara rəhbərlik edir.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Qəzetin mənbəyə istinadən verdiyi xəbərdə bildirilir ki, Qalibaf Tehran və Vaşinqton arasında mümkün razılaşmanın müzakirə olunduğu danışıqlarda əsas fiqur kimi çıxış edir.

ABŞ prezidenti Donald Tramp daha əvvəl açıqlamasında İranla aparılan danışıqlarda ölkənin ən yüksək rəhbərliyinin iştirak etdiyini desə də, konkret ad çəkməmişdi.

“The Jerusalem Post” nəşrinin reportajında isə Qalibaf bu prosesdə İran tərəfini təmsil edən əsas şəxs kimi təqdim olunur.

960769 src

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: