Donald Tramp Rusiyanın Ukraynada enerji infrastrukturuna zərbələrini ABŞ-ın İrana qarşı mümkün hücum planları ilə müqayisə etməməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, Tramp deyib:
“Düşünürəm ki, bu, tamamilə fərqli məsələlərdir. Mən Rusiyanın etdiklərinin tərəfdarı deyiləm. Amma bu, tamam başqa şeydir”, – ABŞ lideri bildirib.
İranın təhlükə yaradıb-yaratmadığı ilə bağlı suala Tramp belə cavab verib:
“Biz onları məhv etdik. Amma bu, o demək deyil ki, yenidən dirçəlmələri mümkün deyil. Biz isə bunu istəmirik”, – Tramp vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az