su

ABŞ-ın Havay ştatı güclü yağışlar səbəbindən su altında qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “360” portalı məlumat yayıb .

Oahu adasının bütün məhəllələri su altında qalıb. Hakimiyyət orqanları təxminən 5500 nəfəri təxliyə etmək məcburiyyətində qalıb. Adadakı yollar bağlıdır və xilasedicilər sakinləri təhlükəli ərazilərdən çıxarır.

Evlər və infrastruktur zədələnib. Yağışlar davam etdiyi üçün ştatda daşqın və torpaq sürüşmələri riski qalmaqdadır”, – deyə bildirilib.

Qeyd olunub ki, bu, son 20 ilin ən güclü yağıntıları olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: