ABŞ-ın sabiq xüsusi prokuroru Robert Müller 81 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “MS Now” telekanalı məlumat yayıb.
Onun ölüm səbəbi barədə hələ ki məlumat verilməyib. Bununla yanaşı, bildirilib ki, o, uzun illər Parkinson xəstəliyindən əziyyət çəkib.
Qeyd edək ki, Müller 2016-cı ildə Rusiya tərəfindən ABŞ seçkilərinə müdaxilə iddialarını araşdırıb. Onun ölüm xəbərinə ABŞ Prezidenti Donald Trampın reaksiyası isə birmənalı qarşılanmayıb. Belə ki, Donald Tramp Müllerin vəfatı barədə deyib:
“Mən onun ölümünə sevinirəm. Daha o, günahsız insanlara zərər verə bilməyəcək”.
Aysel Əliyeva
Globalinfo.az