Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Qurbanzadə kəndində baş verib.
Fariz Məmmədov tanıdğı şəxs tərəfindən bıçaqlanaraq Gəncə xəstəxanalarından birinə yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, hadisə uşaq üstündə düşən mübahisə zamanı baş verib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon sakini Fariz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı M. Əhmədov tutulub.
Faktla bağlı araşdırma davam etdirilir.