Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin yeni klubu “Kolambus Krü”da (ABŞ) debüt edib.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, 22 yaşlı hücumçu MLS-də “Toronto”ya qarşı səfər matçının 88-ci dəqiqəsində meydana çıxıb.
O, Andre Qomeşi əvəzləyib və matç ərzində heç nə ilə yadda qalmayıb.
Görüş “Kolambus Kryu”nun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
***21:14
Azərbaycan millisinin və ABŞ-nin “Kolambus Kryu” klubunun futbolçusu Nəriman Axundzadə bu gün MLS-də debüt edə bilər.
Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, 21 yaşlı futbolçunun adı müntəzəm mövsümün V turunun “Toronto” ilə oyununun iştirak ərizəsinə salınıb. Gənc forvard baş məşqçisi şans verəcəyi təqdirdə, matçın gedişində meydana daxil ola bilər.
Qeyd edək ki, “Kolambus Kryu” klubuna qış fasiləsində “Qarabağ“dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.