“Almaniya hakimiyyəti Rusiya enerji təchizatından imtina etməklə ölkəni və xalqını sözün əsl mənasında fəlakətə sürükləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O xatırladıb ki, Almaniya əvvəllər ucuz Rusiya enerji resurslarının ən böyük idxalçısı olub:

“Bu, Almaniya sənayesinin inkişafına və alman mallarının rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Lakin Rusiyadan idxaldan imtina şirkətlər üçün daha yüksək əməliyyat xərclərinə və iflas dalğasına gətirib çıxarıb”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, buna baxmayaraq, Almaniyanın heç bir siyasi lideri Rusiya ilə əməkdaşlığa qayıtmağı müdafiə etməyib:

“Sanki Almaniya hakimiyyəti alman sənayesinin məhv edilməsini və iqtisadi durğunluğu hədəfləyir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: