pasinyan3

Baş nazir Nikol Paşinyan Novruz bayramı münasibətilə Ermənistanın kürd icmasına təbrik mesajı göndərib.

Globalinfo.az xəbər verir ki, həmin mesajda deyilir:

“Hörmətli Ermənistan Respublikasının kürd icmasının nümayəndələri,

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Baharın yenidən doğuşunu simvolizə edən bayram münasibətilə ölkəmizdə yaşayan və cəmiyyətimizin mühüm bir hissəsi olaraq ölkənin sosial və mədəni həyatına özünəməxsus bir rəng qatan bütün kürdlərə yeni uğurlar arzulayıram.

Ölkəmizin kürd vətəndaşlarının uğurları və nailiyyətləri ilə fəxr edirik və yaradıcı işimizlə aradan qaldırmalı olduğumuz mövcud problemləri də qeyd edirik.

Əmin olun ki, dövlət Ermənistanda yaşayan milli azlıq icmalarının inkişafına diqqət yetirir və maraqlıdır.

Hörmətli kürd icmasının nümayəndələri,

Sizi bu gözəl bayram münasibətilə bir daha təbrik edir, ailələrinizə bolluq və həmrəylik, cəmiyyətinizə isə yeni inkişaf proqramlarının həyata keçirilməsini arzulayıram.

Novruzunuz mübarək”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: