
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını tənqid edən Böyük Britaniyanın sabiq baş naziri Con Meyjoru “ikiüzlü” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.
“Con Meyjor 2003-cü ildə “BBC”yə müsahibəsində ABŞ və Böyük Britaniyanın İraqa hücumunu “normal həyatın bərpası” adlandırmışdı. Görünür, bunu unudub”.
Zaxarova xatırladıb ki, həmin vaxt BMT‑dən müharibə üçün rəsmi icazə alınmayıb:
“O zaman ABŞ-ın sabiq dövlət katibi Kolın Povel BMT-də Bağdadda kimyəvi silahların mövcudluğunu sübut etdiyini iddia edən bir sınaq qabını nümayiş etdirib. Sonradan həmin tozun saxta olduğu ortaya çıxıb”.
Safura Bənnayeva
Globalinfo.az