M%C9%99h%C9%99mm%C9%99d Baqir Qalibaf

İranın qaz infrastrukturuna edilən hücumlar ABŞİsrail ilə münaqişənin yeni mərhələsini başladıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Məclisinin (Parlament) sədri Məhəmməd Baqer Qalibaf “X” sosial şəbəkəsində bildirib.

Siyasətçi İranın düşməninin qəzəbli olduğunu və infrastrukturu hücum etməklə döyüş meydanındakı uğursuzluqlarını gizlətmək istədiyini qeyd edib.

Qalibaf vurğulayıb ki, onlar üçün bu, intihardır. O, həmçinin qeyd edib ki, artıq “göz qarşılığında göz” prinsipi qüvvəyə minib.

İran daha əvvəl ABŞ və İsrailin zərbələri nəticəsində Cənubi Pars qaz yatağındakı bir neçə obyektdə yanğınların baş verdiyini bildirmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: