merz 321 1737473484 1745410642

Almaniya kansleri Fridrix Merz ABŞ-ın İrana hücum etməzdən əvvəl Berlinlə heç bir məsləhət aparmamağından şikayətlənib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. O, bildirib ki, ABŞ-ı İranla müharibədən çəkindirməyə çalışacaq:

“Vaşinqton bizimlə məsləhətləşməyib və Avropanın köməyini zəruri hesab etməyib. Heç kim bizə demədi ki, İran vurulacaq. Biz onları hazırda etdikləri kimi hərəkət etməkdən çəkindirəcəyik”, – deyə Merz Almaniya parlamentində bildirib.

O, əlavə edib ki, ABŞ-la sonrakı təmaslarda Almaniya münaqişə ilə bağlı hələ də bir çox həll olunmamış məsələlərin olduğunu açıq şəkildə bildirib.

Kansler vurğulayıb ki, bu əməliyyatın necə uğurlu ola biləcəyinə dair hələ də inandırıcı bir konsepsiya yoxdur.

Tahir Turan
Globalinfo.az

Paylaş: