pakistan

Əfqanıstan Pakistanla hərbi əməliyyatları müsəlmanların müqəddəs bayramı olan “İd əl-Fitr” münasibətilə müvəqqəti dayandırdığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin ali rəhbərinin sözçüsü Zabiullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, Əfqanıstan İslam Əmirliyinin təhlükəsizlik və müdafiə qüvvələri “Rədd əz-Zülm” adlı müdafiə əməliyyatını bayramın başlanması ilə əlaqədar olaraq dayandırır.

Mücahid bu qərarın Səudiyyə Ərəbistanı, TürkiyəQətər kimi vasitəçi ölkələrin müraciətləri əsasında qəbul edildiyini bildirib.

O əlavə edib ki, Əfqanıstan İslam Əmirliyi adıçəkilən ölkələrin xoş niyyətini və konstruktiv səylərini yüksək qiymətləndirir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: