İranın Ali Rəhbəri Müctəba Xamenei ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsinə görə məsul olan şəxslərin cəzalandırılacağını bildirib.
Globalinfo.az xəbər verir ki, Xamenei bu barədə rəsmi açıqlama verib.
O bildirib ki, Laricaninin ölümü ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşılayıb.
“Ali Milli Təhlükəsizlik Şurasının katibi və Ali Rəhbərin bu qurumdakı nümayəndəsi olan Əli Laricaninin şəhid olması ilə bağlı kədərli xəbəri böyük hüznlə aldım. Şəhidlərin tökülən hər damla qanının bir qiyməti var və bu cinayətkar qatillər tezliklə etdiklərinin əvəzini ödəyəcəklər”, – deyə Xamenei vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az