Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdəki vəziyyətə görə narahatdır.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “BBC”yə müsahibəsində danışıb.
“ABŞ, İsrail və İran arasında müharibənin Ukraynadakı duruma təsiri ilə bağlı çox pis bir hiss keçirirəm. Təəssüf ki, Vaşinqtonun diqqəti daha çox Yaxın Şərqə yönəlib.
Hazırda Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda daimi dəyişikliklər müşahidə olunur. Bunun bir səbəbi var: İranla müharibə”, – deyə Zelenski qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az