“ABŞ hücum edərsə, Kuba müqavimət göstərməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel “X” sosial media hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ hər gün Kubanı açıq şəkildə konstitusiya quruluşunun devrilməsi ilə hədələyir:
“Onlar ölkəni, sərvətlərini və əmlakını ələ keçirmək istəklərini və planlarını bəyan edirlər. Bizi təslim olmağa məcbur etmək üçün iqtisadiyyatı iflic etməyə çalışırlar. Ən pis ssenaridə Kuba danılmaz həqiqətə əmindir: istənilən xarici təcavüzkar aşılmaz müqavimətlə qarşılaşacaq”, – deyə Prezident yazıb.
Qeyd edək ki, martın 17-də Prezident Donald Tramp ABŞ-ın Kuba ilə bağlı çox tezliklə “nəsə” edəcəyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az