novella ozel

“Deputat Zahid Oruc bu gün Zəngəzur məsələsini dinləməyə çıxarıb, biz də monitorinq qrupunun üzvləri ilə parlamentə gedirik. Ad günümü orada qeyd edəcəyəm (gülür)”.

Bu sözləri Globalinfo.az-a doğum günü ilə bağlı danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O bildirib ki, bu günə qədər aldığı ən gözəl hədiyyə Qarabağdır:

“Məncə, bu, hər kəs üçün ən böyük və möhtəşəm hədiyyədir. Bundan sonrakı istəyim Zəngəzurdur. Ola bilər, o günü görmərəm, amma bilirəm ki, o gün də gəlib çatacaq. Millətimin firavan, müharibəsiz yaşamasını istəyirəm”.

Qeyd edək ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu 3 mart 1941-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: