merz 2

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampın Hörmüzlə bağlı çağırışına cavab verib.

Globalinfo.az xəbər verir ki, Tramp NATO tərəfdaşlarından Hörmüz boğazının blokadasının aradan qaldırılmasına yardım göstərmələrini tələb edib.

O, alyans daxilində qarşılıqlı hörmət gözlədiyini bildirib.

Tramp daha əvvəl bəyan edib ki, Şimali Atlantika Alyansı üzvləri ABŞ-a kömək etməsələr, NATO-nun gələcəyi çox pis olacaq.

Berlində keçirilən mətbuat konfransında isə Merz, NATO-nun hücum deyil, müdafiə alyansı olduğunu xatırladıb:

“Mən istəyirəm ki, alyans daxilində bir-birimizə lazımi hörmət göstərək”, – deyə Merz əlavə edib.

Kansler həmçinin mümkün hərbi əməliyyat barədə açıqlama verib. O bildirib ki, bugünədək belə bir əməliyyatın necə həyata keçiriləcəyi barədə aydın konsepsiya yoxdur. Merzin sözlərinə görə, təcrübə göstərir ki, Təhəranda hakimiyyətin bombardman yolu ilə dəyişdirilməsi mümkün deyil.

O, həmçinin qeyd edib ki, hərbi əməliyyatların genişlənməsi Yaxın Şərqdə və Fars körfəzi regionundakı tərəfdaşlar üçün ciddi risklər daşıyır. Merz İrana dövlətçiliyinin dağılması, ərazi bütövlüyünün pozulması və iqtisadiyyatının sarsılması ilə bağlı xəbərdarlıq edib.

“Bu müharibə aydın plan və strategiya ilə ən qısa zamanda sona çatdırılmalıdır”, — deyə kansler vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: