FILES QATAR US IRAQ UDEID AIR BASE vzuri2e9 1

Almaniya ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə iştirak etməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merz Berlində keçirilən mətbuat konfransı zamanı deyib.

O əlavə edib ki, bu müharibə region ölkələri üçün ciddi təhlükə yaradır.

“Bu müharibə NATO-nun işi deyil. İran məsələsində də “bu addım atılmalıdırmı?” sualı ilə bağlı heç vaxt birgə qərar qəbul edilməyib. Məhz buna görə Almaniyanın burada hərbi şəkildə necə iştirak edə biləcəyi məsələsi gündəmdə deyil”, – Kansler vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: