958057 src 1773642696063

Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, Makron İranı Yaxın Şərq ölkələrinə hücumları dayandırmağa çağırıb.

“Mən İran prezidenti ilə danışdım, onu Livan və İraqdakı qüvvələri vasitəsilə Yaxın Şərq ölkələrinə endirilən zərbələrin dayandırılmalı olduğunu bildirdim. Bu, qəbuledilməzdir, İranı hücumlara dərhal son qoymağa çağırdım”.

Fransa prezidenti Hörmüz boğazından gəmilərinin keçidinin təmin olunması ilə bağlı da müzakirə aparıldığını söyləyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: