Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbəti prezident seçkilərinin 2029-cu ildə keçiriləcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Respublikanın mətbuat xidməti məlumat yayıb.
Tokayev həmçinin bildirib ki, vitse-prezident vəzifəsinin təsis edilməsi dövlət hakimiyyəti institutlarını gücləndirəcək.
Qeyd edək ki, fevral ayında Qazaxıstanın yeni konstitusiyanın hazırlanması prosesinə başladığı elan edilib.
Tokayev ölkənin superprezident idarəetmə formasından tamamilə imtina edəcəyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az