Rusiya Liberal Demokrat Partiyasının (LDPR) qurucusu Vladimir Jirinovskinin Üçüncü Dünya müharibəsi haqda proqnozu ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Dmitri Smirnov məlumat paylaşıb.
O bildirib ki, Jirinovski 6 il əvvəl Üçüncü Dünya müharibəsinin 2027-ci ildə başlaya biləcəyini proqnozlaşdırmışdı.
“ABŞ dünya siyasətində mövqelərini tədricən itirir, Avropa isə artıq zəifləyib və nəsə əldə etmək üçün son şansı qalıb. Çin isə dünya səhnəsində hegemon olmağa ehtiyatla yanaşır”, – deyə LDPR qurucusu çıxışında deyib.