502138

Yaponiyadan ABŞ Prezidenti Donald Trampın çağırışına cavab gəlib.

Globalinfo.az xəbər verir ki, Yaponiyada hakim olan Liberal Demokrat Partiyasının (LDP) Siyasi Şurasının sədri Takayuki Kobayaşi ölkəsinin hələlik Hörmüz boğazına hərbi gəmilər göndərməyə hazır olmadığını deyib.

ABŞ Prezidenti Donald Trampın əvvəllər qeyd etdiyi kimi, hazırda Hörmüz boğazı bölgəsinə gəmilərin göndərilməsi üçün ciddi maneələr mövcuddur. Hökumətimiz hələlik mövcud vəziyyəti ölkənin mövcudluğunu təhdid edən böhran və ya Yaponiyaya ciddi təsir göstərə biləcək bir vəziyyət kimi qiymətləndirmir”, – deyə o bildirib.

Kobayaşi qeyd edib ki, gəmilərin göndərilməsi üçün böyük maneələr var:

“Bununla yanaşı, ümid edirik ki, hökumət Yaxın Şərqdə, o cümlədən İranla bağlı vəziyyətin gələcək inkişafını sakit şəkildə qiymətləndirəcək və uyğun addımlar atacaq. Ən vacibi isə vəziyyətin mümkün qədər tez nizama salınmasıdır.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, bəzi ölkələr gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazına hərbi gəmilər göndərməyi planlaşdırır. O, bu addımı atmağa Böyük Britaniya, Çin, Koreya Respublikası, Fransa və Yaponiyanı da çağırmışdı.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: