958c8627 c22b 404a 8526 e29c829a81ab 13

Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətinin tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə təmizliklə bağlı bu gün genişmiqyaslı ümumçəhər iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, səhər saatlarından etibarən icra hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 537 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməclikdə yaxından iştirak ediblər.

Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, Novruz Bayramını təmiz şəhərdə, xoş əhval-ruhiyyə ilə qarşılanmasına töhfədir.

8f1c3604 3480 4ae9 beed ece287014d44 69b440966e93469b440966e935177342069469b440966e93269b440966e933 958c8627 c22b 404a 8526 e29c829a81ab 1 1302049 1773252512 1761484442 1761484349 1761453343 media qeza vz7506

Paylaş: