
İranda hücumlar nəticəsində ölən və yaralananların sayı açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın səhiyyə nazirliyi məlumat yayıb. Nazirlik hücumlar nəticəsində ölənlərin sayının 400 nəfəri keçdiyini açıqlayıb.
Bildirilir ki, ölənlər arasında 202 azyaşlı var və onlardan 12-si beş yaşdan kiçik uşaqlardır.
Məlumata əsasən, bombardmanların mülki əhali üçün ağır nəticələri olub. Ən azı 2729 qadın və 1190 azyaşlı yaralanıb. Hücumlar ölkənin səhiyyə sisteminə də ciddi zərər vurub.
Ümumilikdə 152 tibb müəssisəsinə zərbə endirildiyi, onlardan altısının isə təcili şəkildə təxliyə edildiyi bildirilib. Bundan başqa, 32 təcili yardım avtomobili dağıdılıb və ya zədələnib, 16 səhiyyə işçisi həyatını itirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail paytaxt Tehran da daxil olmaqla İran ərazisində yerləşən hədəflərə kütləvi hücumlar həyata keçirib. İran isə buna cavab olaraq İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.
Tahir Turan
Globalinfo.az