ABŞ Dövlət Departamenti İranın yeni Ali Rəhbəri seçilən Müctəba Xamenei haqqında məlumat verən şəxslərə 10 milyon dollar mükafat vəd edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, mükafat proqramı ABŞ hökumətinin beynəlxalq təhlükəsizlik və terrorla mübarizə mexanizmləri çərçivəsində həyata keçirilir.
Bildirilir ki, Müctəba Xameneinin fəaliyyəti və yerləşdiyi məkan barədə dəqiq məlumat tələb olunur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl açıqlamasında bildirib ki, Müctəba Xamenei son müharibə zamanı yaralanıb.
Tahir Turan
Globalinfo.az