WhatsApp Image 2025 01 26 at 15.55.46

Belarus Prezidenti Aleksandr Lukaşenkoya inək hədiyyə edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

Lukaşenko prezident fermasındakı inəyə yaxşı baxılacağına söz verib.

“Heyvanlar öləndə buna dözə bilmirəm. Xüsusilə də buzovlar. Mən kənddə böyümüşəm. Evdə qoyunlarım və keçilərim var”, – deyə Belarus lideri bildirib.

Qeyd edək ki, Lukaşenkonun şəxsi fermasında inək, at, keçi, dəvəquşu, hinduşka, Çin və adi toyuq, qaz və dovşan da daxil olmaqla müxtəlif mal-qara və quş saxlanılır.

Onun həmçinin pişik və itləri var.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: