eli meclis scaled

Milli Məclisdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” müzakirəyə çıxarılıb.

Globalinfo.az xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edib.

    Müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.

    ***11:03

    Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

    Globalinfo.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələ – Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat yer alıb.

    Hesabatı Baş nazir Əli Əsədovun təqdim etməsi nəzərdə tutulub.

    Təqdimatdan sonra hesabata dair müzakirələr aparılacaq.

    ***09:55

    Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

    Milli Məclisin mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, parlamentin plenar iclasının gündəliyinə bir məsələ daxil edilib.

    İclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.

    Paylaş: