Azərbaycanlı İbad Hüseynov Rusiya–Ukrayna müharibəsində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Orenburq vilayətinin Novotroitsk şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iki uşaq atası İbad Hüseynov Novotroitskdə dəfn olunub.
İbad Hüseynov 1979-cu ildə Azərbaycanda anadan olub. Məktəbi bitirdikdən və hərbi xidməti başa vurduqdan sonra Novotroitskə köçüb, burada ailə qurub və iki uşağı var.
O, müqavilə əsasında Rusiya ordusu sırasında Ukraynadakı müharibəyə gedib.