1703001816 %C9%99rdogan 2bd35b055a73ab1851d378e8

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunu Holokostdan sağ çıxan yəhudi xalqı üçün fəlakət adlandırıb.

Globalinfo.az xəbər verir ki, Ərdoğan bu barədə Ankarada partiya üzvləri ilə görüş zamanı danışıb.

O, Netanyahunu Holokostdan bəri ən böyük fəlakət hesab etdiklərini söyləyib.

Ərdoğan bildirib ki, Qəzzadakı vəziyyət fonunda Ankara ilə Təl-Əviv arasındakı münasibətlər son dərəcə gərgin olaraq qalır. Onun sözlərinə görə, diplomatik əlaqələr məhdudlaşdırılıb, yalnız ara-sıra kəşfiyyatla bağlı əlaqələr qalıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: