ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) İranın Kaliforniyaya pilotsuz uçuş aparatları ilə mümkün hücumu barədə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.
Bildirilib ki, sözügedən xəbərdarlıq bir neçə gün əvvəl ştatın polis strukturlarına göndərilib.
“2026-cı ilin fevral ayının əvvəllərindən başlayaraq İran ABŞ-ın hücumu halında naməlum gəmidən ABŞ sahillərinə, xüsusən də Kaliforniyadakı naməlum hədəflərə qarşı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək qəfil hücum etməyə çalışıb”, – məlumatda bildirilib.
Əliyar Xəlil
Globalinfo.az