AA 20260310 40785649 40785638 GALATASARAY LIVERPOOL scaled

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Türkiyənin “Qalatasaray” komandası İngiltərənin “Liverpul” komandasını qəbul edib.

Globalinfo.az xəbər verir ki, qarşılaşma Türkiyə təmsilçisinin erkən qolu ilə başlayıb.

Mario Lemina oyunun 7-ci dəqiqəsində “Qalatasaray”ın hesabına bir qol yazdırıb. Bu qol oyunun taleyini həll edib. Belə ki, sonrakı 2 qol (bir “Qalatasaray”, bir “Liverpul”) off-sayd və əllə oyun səbəbindən qeydə alınmayıb.

Qarşılaşma “Qalatasaray”ın 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Paylaş: