“Donald Tramp və Vladimir Putin arasında baş tutan telefon danışığı Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə ümid yaradır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Pit Heqset deyib.
“Bu, yaxşı bir telefon danışığı olub və ümid edirik ki, Rusiya-Ukrayna arasında sülhün əldə olunması imkanını yaxınlaşdıracaq”, – Heqset vurğulayıb.
Nazir həmçinin Yaxın Şərqdə gərginliyin artması mövzusuna da toxunub.
Əliyar Xəlil