M%C9%99h%C9%99mm%C9%99d Baqer Qalibaf

“Əgər İrana qarşı hücumlar davamlı olsa, ölkə qarşı tərəfin infrastruktur obyektlərinə cavab zərbələri endirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İranın parlament sədri Məhəmməd Baqir Qalibaf deyib:

“Düşmən bilir ki, nə etsə də, biz mütləq ölçüyə uyğun və dərhal cavab verəcəyik. Heç bir vəhşilik cavabsız qalmır. Bu gün biz ‘gözə-göz’ prinsipi ilə hərəkət edirik və heç bir istisna tanımırıq. Əgər onlar infrastruktur obyektlərinə qarşı müharibə aparsalar, biz mütləq bu obyektləri hədəfə alacağıq”, – Qalibaf vurğulayıb.

İranın bu açıqlaması, bölgədəki gərginliyin artdığını və qarşılıqlı hücum riskinin yüksək olduğunu göstərir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: