Xırdalan şəhər sakini feysbukda tanış olduğu qadının onu şantaj etməsi ilə bağlı polisə müraciət edib.
Globalinfo.az-ın xəbərinə görə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edən 1992-ci il təvəllüdlü İ.Lətifov bildirib ki, bir müddət əvvəl sosial şəbəkədə “Elmira İsgəndərova” adlı profillə tanış olub. Həmin profili işlədən qadın daha sonra 31 yaşlı kişinin göndərdiyi fotoları toplayaraq video hazırlayıb və ona göndərərək həmin görüntüləri yayacağını deyib. Qadın intim görüntüləri yaymamaq qarşılığında 1200 manat tələb edib.
İ.Lətifov onu şantaj edən şəxsin tutularaq cəzalandırılmasını xahiş edib.
Faktla bağlı araşdırma aparılır.
Malik
Globalinfo.az