ukrayna 1 1 2 2

Ukrayna İranın pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sahəsindəki təcrübəsini Fars körfəzi ölkələri ilə bölüşüb.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişina deyib.

“Kiyev üçün təkcə siyasi mövqe, narahatlıq və ya rəğbət deyil, həm də dərhal hərəkətə keçə və təsir göstərə biləcəyimizi göstərmək həqiqətən vacib idi”, – deyə o bildirib.

O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Yaxın Şərq ölkələri ilə telefon danışıqları apardığını da qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: