s%C9%99firlik

ABŞ Türkiyənin Adana şəhərindəki konsulluğunun əməkdaşlarının bir hissəsini evakuasiya etməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki diplomatik missiyasının rəsmi saytında məlumat verilib.

Məlumata görə, Adanadakı ABŞ baş konsulluğu bütün konsulluq xidmətlərini müvəqqəti dayandırıb. ABŞ vətəndaşlarına tövsiyə olunur ki, zəruri hallarda ABŞ-ın Ankaradakı səfirliyinə və ya İstanbuldakı baş konsulluğuna müraciət etsinlər.

Bildirilir ki, fövqəladə hallarla bağlı fəaliyyətə cəlb olunmayan ABŞ hökumətinin əməkdaşları təhlükəsizlik riskləri səbəbindən Adanadakı konsulluğu tərk etməlidirlər.

Qeyd edək ki, bu gün  Türkiyə üzərində NATO qüvvələri tərəfindən İrana məxsus raket vurulub. İrandan buraxılan və Türkiyənin hava məkanına daxil olan raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Bundan az əvvəl Türkiyənin Müdafiə Nazirliyi Şimali Kiprdə altı ədəd “F-16” qırıcısı və hava hücumundan müdafiə sistemi yerləşdirdiyini açıqlayıb.

Daha öncə İranın Türkiyədə yerləşən hərbi bazalardan birinə zərbə endirməyi planlaşdıracağı haqda  şübhələr səsləndirilib.

Qeyd edək ki, bu addım ABŞ-ın İranla müharibənin başlanğıcından bəri bölgədə qəbul etdiyi ən diqqətəlayiq təhlükəsizlik qərarlarından biri hesab olunur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: