ABŞ İranın martın 5-də Azərbaycana qarşı Naxçıvanda həyata keçirdiyi təxribat xarakterli dron hücumunu qətiyyətlə pisləyib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
“Bu zərbələr Azərbaycanın suverenliyinin açıq şəkildə pozulması və İranın aqressiv addımlarının əsassız şəkildə genişlənməsi deməkdir”, – məlumatda deyilir.
Vaşinqton Azərbaycanın yanında olduğunu vurğulayaraq qeyd edib ki, regiondakı tərəfdaş ölkələrin ərazilərinə qarşı hücumlar qəbuledilməzdir və belə hallarda ABŞ həmin tərəfdaşlara qətiyyətli dəstək göstərəcək.