ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Şimali və Cənubi Amerikada narkokartellərə qarşı mübarizə üçün yeni hərbi koalisiya yaradacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Floridanın Doral şəhərində keçirilən “Amerika Qalxanı” sammitində çıxışı zamanı deyib:
“Bu tarixi gündə regionumuzu terrora məruz qoyan cinayətkar kartelləri məhv etmək üçün yeni hərbi koalisiyanın yaradıldığını bildiririk. Bizə sadəcə onların harada olduğunu deyin, qalanını özümüz edəcəyik. Bildiyiniz kimi, bizim çox güclü silahlarımız var.”
ABŞ administrasiyası 2025-ci ilin fevralında səkkiz narkokarteli xarici terror təşkilatı kimi tanıyıb.
Əliyar Xəlil
Globalinfo.az