dmr tr

İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilunun Baku TV-yə müsahibəsi zamanı diplomat bəzi suallara cavab verməkdən yayınıb.

Globalinfo.az-ın xəbərinə görə, jurnalist Turan İbrahimov səfirə bildirib ki, Azərbaycan ictimaiyyətini Naxçıvana endirilən zərbələr məsələsi ciddi şəkildə maraqlandırır. O, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatı səfirin diqqətinə çatdıraraq vurğulayıb ki, həmin zərbələrin “Arash 2” dronları ilə həyata keçirildiyi qeyd olunub. Yəni SEPAH “Arash” tipli pilotsuz uçuş aparatlarından istifadə edir.

Aparıcı onu da vurğulayıb ki, “Arash” dronları yaxınməsafəli hücumlar zamanı daha effektiv hesab olunur və Azərbaycanın ərazisinə İran tərəfdən daxil olub.

Səfir isə hərbçi olmadığını bildirərək hərbi və texniki məsələləri şərh etməkdən çəkinib.

“Mənim missiyam bəllidir. İki ölkə arasında problem yarananda onun tez bir zamanda həllinə çalışıram. Siz “Arash” deyirsiniz, amma mənim Azərbaycan tərəfindən aldığım məlumata görə, “Shahed” dronları olub”, – deyə Müctəba Dərmiçilu bildirib.

Diplomat Naxçıvana dron hücumu ilə bağlı guya müəyyən şübhələrin olduğunu qeyd edərək suala konkret cavab verməkdən yayınıb.

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Globalinfo.az (@globalinfo_az)

Paylaş: