Xalq artisti Brilliant Dadaşova “Zəfər” qrupu ilə birlikdə yeni layihəyə imza atıb.
Globalinfo.az xəbər verir ki, sənətçilərin ifa etdikləri yeni duetə süni intellekt vasitəsilə klip çəkilib.
Layihənin ərsəyə gəlməsində süni intellekt üzrə video rejissorlar Məmməd Quliyev və İlham Şükürlü iştirak ediblər.
Layihənin prodüseri Anar Mədətov, söz müəllifi Orxan Mürvətli, musiqinin müəllifi İlqar Məmmədov, aranjiman isə VSL-ə məxsusdur. Menecer kimi Nigar Dadaşova layihədə yer alıb.
Qeyd edək ki, “Zəfər” qrupunun yaradıcısı Xalq artisti İlqar Muradovdur. Hazırda isə qrup artıq iki ilə yaxındır ki, tanınmış prodüser Anar Mədətovla birgə fəaliyyət göstərir.
Zaira Akifqızı
Globalinfo.az