iran tramp

ABŞ İranda mövcud hakimiyyətin tam şəkildə dəyişdirilməsini istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp müsahibəsində deyib. 

Onun sözlərinə görə, Vaşinqton hazırda İranda hakimiyyətə gələ biləcək bir neçə mümkün namizədi qiymətləndirir.

“Biz vəziyyəti kökündən dəyişmək niyyətindəyik. Arzumuz budur ki, onların ölkəsinə yaxşı bir rəhbər gəlsin. Siyahımızda elə şəxslər var ki, düşünürəm bu vəzifəni layiqincə yerinə yetirə bilərlər”, – deyə Tramp bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: