İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsinin hazırda Hörmüz boğazını bağlamaq niyyəti yoxdur. Onun sözlərinə görə, mövcud mərhələdə belə bir plan gündəmdə deyil, lakin müharibə davam edərsə, Tehran bütün mümkün ssenariləri nəzərdən keçirə bilər.
Globalinfo.az-ın xəbərinə görə, nazir qeyd edib ki, vəziyyətin inkişafından asılı olaraq İran müxtəlif variantları qiymətləndirə bilər.
Bu arada beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Yaxın Şərqdə gərginliyin artması fonunda Hörmüz boğazının qısa müddətə faktiki olaraq gəmiçilik üçün bağlana biləcəyini proqnozlaşdırır. Agentliyin qiymətləndirməsinə görə, belə bir vəziyyətin bir aydan az davam edə biləcəyi ehtimalı var və enerji ilə nəqliyyat infrastrukturuna ciddi ziyan dəyməsi gözlənilmir.
Agentliyin hesablamalarına görə, Hörmüz boğazının faktiki bağlanmasının hər həftəsi Bəhreyn, İraq, Qətər və Küveytin karbohidrogen ixracından əldə etdiyi gəlirləri təxminən ÜDM-in 0,4 faizi qədər azalda bilər.
Əliyar Xəlil
Globalinfo.az