reqsane

Müğənni Rəqsanə İsmayılova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, müraciətində Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimovla 2015-ci ildən ev mübahisəsi yaşadığını bildirib.

“Artıq 7 ildən çoxdur ki, o insan evimi mənimsəyib və geri qaytarmır”.

R.İsmayılova V.Eyvazovdan ona bu işdə köməklik göstərməsini xahiş edib.

X X X

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında R.İsmayılovanın iddialarının əsassız olduğunu bildirib: “Tərəflər arasında 2015-ci ildə ev alqı-satqısı olub. Həmin evin satışı qanunauyğun olaraq notarial qaydada bank-köçürmə yolu ilə həyata keçirilib. Sonradan qarşı tərəf ödənilən məbləği qaytarmadan evi geri tələb edib. Tərəflər arasındakı mübahisə məhkəmə qaydasında davam etdirilib. Məhkəmə iddiaçının tələbəni təmin etməyib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, iddiaların hüquqi əsası yoxdur”.

Paylaş: