w1280 p16x9 2024 06 11T143128Z 1393302147 RC2098A9KGHO RTRMADP 3 UKRAINE CRISIS GERMANY RECOVERY CONFERENCE SCHOLZ ZELENSKIY

Avropa Komissiyasının Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasını sürətləndirmək planları qəti şəkildə pozulub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr yazır ki, Avropa ölkələri Brüsselin təklifini rədd edərək, Ukraynanın 2027-ci ilə qədər Aİ-yə qoşulma şansını faktiki olaraq aradan qaldırıb:

“Martın 4-də Brüsseldə Avropa Komissiyasının  sədri  Ursula fon der Leyen Ukrayna üçün “sürətli üzvlük” konsepsiyasını Aİ səfirlərinə təqdim etdi. Bu ideya Kiyevin Aİ-yə tez bir zamanda qoşulmasını, lakin hüquqlarına müəyyən məhdudiyyətlər qoyulmasını nəzərdə tutur. Aİ liderləri bu ideyaya qarşı çıxdılar. Avropa paytaxtlarından gələn siqnal çox aydın idi. Artıq bitdi. Bəzi diplomatlar Avropa Komissiyasının ideyasını “dəlilik” adlandırdılar”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: