raket fettah iran 13

İran üçün Türkiyəyə hücum etmək avtomatik olaraq NATO-nu aktivləşdirmək, Qara dəniz-Qafqaz-Orta Asiya marşrutunun açılması, ən əsası isə Türkiyə ictimai rəyinin möhkəmlənməsi riskini daşıyır.

Ərəb ölkələrinə hücum etmək İran üçün “nəzarət altında olan gərginlik” kateqoriyasına aiddir. İran bilir ki, Türkiyəni hədəf almaq Ankaranı ABŞ-İsrail oxuna doğru itələyəcək. Bu, İranın strateji kabusu olardı. İran Türkiyə ilə böhran yaşasa, onun enerji ixracı, Şimal dəhlizi (Qafqaz), Qərb ticarət yolu və alternativ maliyyə axınları azalacaq. Bunlar da hərbi risklərdən daha böyük iqtisadi və strateji risklər yaradır.

İranın əsas hədəfi Türkiyə deyil, amma “Türkiyənin mövqeyini müəyyən etmək” birbaşa məqsəddir. Türkiyənin ABŞ ilə əlaqələrini artırması, NATO daxilində mövqeyinin sərtləşməsi, İsraillə yaxınlaşması və İran əleyhinə blokda açıq mövqe tutması İran üçün ölümcül təhlükə yarada bilər. Buna görə də, İranın strategiyası əslində Türkiyənin münaqişəyə cəlb edilməsinin qarşısını almaq ola bilər.

Fikrimcə, İranın Türkiyə ilə konfliktə daxil olmaq istəməməsinin ən vacib və dərin səbəblərindən biri budur:

İran daxilindəki türk əhalisi çox böyük bir komponentdir. Çünki İran rejimində parçalanma olarsa, Ankara kritik aktora çevriləcək. Buna görə də, düşünmürəm ki, kimsə bu həddi keçmək istəyər.

İran Türkiyəyə hücum etməyi düşünə bilərmi?

Bu “boz zona” bəzi qlobal aktorlar üçün narahatedici ola bilər. Türkiyə konkret bir tərəf seçərsə, güc balansı dəyişəcək. Başqa sözlə, bəziləri Türkiyəni konkret mövqe tutmağa məcbur etməyə çalışa bilər. Buna Ukrayna müharibəsi zamanı çox çalışılıb və cəhd edilib. Burada da bunu görəcəyik. İran Türkiyəni öz iradəsi ilə deyil, məcburiyyət və manipulyasiya yolu ilə hədəfə ala bilər.
Bəs texniki səbəblərə görə eskalasiya riski varmı?

Bəli, var. Bugünkü müharibələr yalnız dövlət idarəçiliyinə bağlı deyil. Biz bunu Qarabağda və Suriyada dəfələrlə gördük. Radarın səhv qeydə alması, pilotsuz təyyarənin, raketin hədəfdən yayınması, bütün bunlar qərar qəbuletmə zəncirini 15 dəqiqə ərzində geridönməz hala gətirə bilər. Manipulyasiya siyasi deyil, həm də texniki ola bilər.

WhatsApp Image 2024 11 01 at 16.00.49

Müəllif: Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzi (BAU SAM) başqanı, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar

Tərcümə etdi: Gülnar Səlimova

Globalinfo.az

Paylaş: