qr 1

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi ilə bağlı tikinti işləri davam edir.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev məlumat verib.

    Onun sözlərinə görə, Qars-İğdır-Aralık-Dilucu yüksək standartlı dəmir yolu layihəsi üzrə Kilittaş tikinti sahəsi qurulub.

    Baş konsul bildirib ki, tikinti sahəsində ümumilikdə 1 500 nəfər çalışır. Layihə üzrə ümumi uzunluğu 11,5 km olan 5 tunelin və Diqor, Tuzluca, İğdır, Aralık və Dilucu üzrə 5 stansiyanın inşası nəzərdə tutulur: “23 üst keçid və ümumi uzunluğu 6842 metr olan 4 viaduk tikiləcək. Qatarların maksimal sürəti saatda 160 kilometr olacaq. Xətlərdə 24 min kilovolt gərginlik tətbiq ediləcək və bunun üçün 6 transformatorun quraşdırılması planlaşdırılır”.

    Zamin Əliyev qeyd edib ki, tikintinin 24 sentyabr 2029-cu ildə tamamlanması planlaşdırılır.

    qr 2 qr 3 qr 4

    Paylaş: