1 12

İranın sonuncu şahı Rza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi İranın Ali Rəhbəri Əli Xameneinin ölümü ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, Pəhləvi AFP agentliyinə müsahibəsində ayətullahın ölümünü “tarixi əhəmiyyətli hadisə” adlandırsa da, bunun avtomatik olaraq mövcud siyasi sistemin sonu demək olmadığını bildirib.

O vurğulayıb ki, əsas məsələ İran xalqının hüquqi dövlətə doğru dinc, nizamlı və suveren keçid üçün birləşə bilməsidir.

Qeyd edək ki, Fərəh Pəhləvi həyat yoldaşı Məhəmməd Rza Pəhləvi ilə birlikdə 1979-cu il İslam inqilabından sonra ölkəni tərk edib. Hazırda o, xaricdə yaşayır və zaman-zaman İranın siyasi gələcəyi ilə bağlı mövqeyini açıqlayır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: