merz

Almaniya kansleri Fridrix Merzin İspaniya və Böyük Britaniyanı müttəfiq kimi müdafiə etməsi ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Sözügedən hadisə Merzin 3 martda Oval Ofisdə Trampla görüşü zamanı yaşanıb:

“Ağ Ev rəhbəri dəfələrlə Almaniya kanslerini dost kimi tərifləyib, digər avropalıları tənqid edib. Amma Merz səssiz qalıb. Ardınca Almaniya kansleri ABŞ prezidenti ilə nahar söhbəti zamanı İspaniya və Böyük Britaniyanı müttəfiqlər kimi gizli şəkildə müdafiə etdiyini və bunun da Trampı qəzəbləndirdiyini deyib.

O, müzakirəni açıq şəkildə qızışdırmaq istəmədiyini və Trampın tənqidinin əsassız olduğuna inandığını əlavə edib”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İspaniyanı ticarəti kəsməklə hədələmişdi.

İspaniya hökuməti isə buna cavab olaraq Vaşinqtonu beynəlxalq hüquqa və Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında ikitərəfli müqavilələrə hörmət etməyə çağırmışdı.

Madrid ölkənin potensial nəticələrin qarşısını almaq üçün lazımi resurslara malik olduğunu vurğulamışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: