husiler

BƏƏ müharibənin şiddətlənməsi fonunda İranın raket obyektlərinə zərbə endirmək imkanlarını nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin vəziyyətlə tanış mənbələrə istinadən yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, Əbu-Dabi rəhbərliyi öz ərazisinə yönələn hücumların qarşısını almaq məqsədilə aktiv müdafiə variantlarını araşdırır. Mənbənin sözlərinə görə, BƏƏ müharibədə birbaşa iştirak etməsə də, indiyədək 800-ə yaxın hücuma tab gətirib.

“BƏƏ İrana qarşı aktiv müdafiə tədbirləri görməyi düşünür. Münaqişədə birbaşa tərəf olmasalar da, davamlı hücumlara məruz qalıblar”, – deyə mənbə bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: